METBUAT.AZ

Gündəm

İran Klinikası niyə bağlandı? -

14 iyl 2023 12:24

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "İran Klinikası"nın bağlanması ilə bağlı məlumat yayılıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazilriyindən bildirilib ki, klinikada plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkalanıb:

"Qeyd edilən klinikada plandankənar yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədi ilə qanuna müvafiq olaraq klinikaya müddət verilib. Növbəti yoxlamalar zamanı aşkarlanan nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadığı məlum olub. Bunları nəzərə alaraq müvafiq materiallar aidiyyatı üzrə lisenziya verən dövlət qurumuna təqdim edilib".

Gülər Seymurqızı


metbuat.az.