28 iyl 2023 16:53
Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Təbriz Turan” teleqram məlumat yayıb.
Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi. O, Tehranda məşhur Evin həbsxanasının qadınlar bölməsində saxlanılırdı. V.Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.
Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda saxlanılır.