19 iyl 2023 17:01
Gülnar Məmmədova uğurlu iş həyatı ilə gündəmə gəlib. Belə ki, işgüzar xanım beynəlxalq layihədə təltif olunub. Uşaq yaşlarından rəssamlığa böyük marağı olduğu üçün orta təhsilini başa vurduqdan sonra Gülnar Məmmədova, 2014-2018-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn fakültəsində ali təhsil alır.
Peşəsinə böyük sevgisi olan gənc rəssam, 2 fevral 2018-ci ildə “İlin gənc rəssamı” adına layiq görülür. Hər zaman öz üzərində çalışan gənc və potensiallı xanım hazırda Lime Agency-nin icraçı direktoru və layihə rəhbəri olaraq fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Lime Agency 2020-ci ildən kreativ reklam layihələri həyata keçirir. Effektiv reklam layihələri ilə adından söz etdirən Lime Agency hər bir müştərini individual analiz edir və buna uyğun nəticələr verir. 50-dən çox yerli və xarici brendlə iş birliyi quran şirkət yenilikçi tərzi ilə hər zaman mümkün olanın ən yaxşısını edib.
Lime Agency,müştərilərə PR, Rəqəmsal Marketing, SMM, Brendinq, 3D Anmasiya, Qrafik dizayn, sosial şəbəkələrdə baxışların artırılması, veb-saytların hazırlanması, sosial media səhifələrinin tanıdılması kimi xidmətlər təklif edir. Məşhur influencerlərlə əməkdaşlıq quran şirkət hər bir müştəriyə individual yanaşır. Lime Agency daxilində yaradılmış Lime Design Studio brendinq və trendlərə uyğun yenilikçi dizayn yollarını öyrənməyə imkan yaradır.
Gülnar Məmmədova, 2 iyul 2023-cü il tarixində Bakıdabaş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Professional Excutive Director of the Year” nominasiyasına layiq görülüb.