27 iyl 2023 09:41
Kürdəmir rayonunda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a bildirilib ki, dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə işıq dirəyinə çıxıb.
Belə ki, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.
Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər.