METBUAT.AZ

Ölkə

“İslam ölkələrində qadın ən aşağı məxluqdur” –

27 iyl 2023 11:33

“İslam ümumiyyətlə qadın və ya kişinin əsassız qətlini böyük günah sayır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında Fazil Mustafa səsləndirib.

Onun sözlərinə görə, günahsız insanı öldürən şəxslərin İslam dini edama qədər ən sərt formada cəzalandırılmasını tələb edir:

“Amma bizim bu gün yaşadığımız İslamın alt qatında dinə aid olmayan elə bir vəhşilik elementləri yatır ki, bu, istər-istəməz insanı qatil kimi formalaşdırır. Bu cür din anlayışı Azərbaycan cəmiyyətində adil deyil, qatil insanın formalaşmasına xidmət edir.

Ona görə də bu qətllərin və cinayətlərin bir çoxu da bununla bağlıdır. Yəni insan aqressiyasını yüksəldən bir din yaşamımız var və bu, başqasına xoş görünü qəbul etməyən, nifrəti körükləyən bir anlayış olduğuna görə insan bu zəmində yetişdiyi halda daha qəddar və amansız bir xüsusiyyətə sahib olur. İnsan haqlarına sayğısı xeyli az olur. Bu baxımdan sözügedən məsələnin İslam dini ilə əlaqələndirilməsi doğru deyil.

Xristianlarda da belə bir ayrı-ayrı qruplar var ki, bu cür yetişirlər. Bir İŞİD-çi zehniyyətlə İrançı zehniyyətin qatillik motivi daha çox qabarmağa başlayır. Yəni insanda nifrət aşılayana mesajlar, rituallar önə çıxır və bu, olduca təhlükəlidir”.

Deputat hesab edir ki, bəzi kəsimlər qadın qətllərində də qadının ikinci növ insan kimi qəbul olunmasını təlqin etməyə çalışırlar:

“Halbuki qadın gerçək İslamda ikinci növ insan kimi götürülmür. Amma İslamın bərqərar olduğu ölkələrdə qadın ən şəxsiyyətsiz və aşağı məxluqdur. Əfqanıstan, Ərəbistan, İran və əksər islam ölkələrində qadın dəyərləri tanınmayan məxluq kimi dəyərləndirilir. Ona görə də bu məsələlər üzərində çox ciddi düşünmək və problemləri çözmək lazımdır ki, qadın qətllərinin sayı çox olmasın”.


metbuat.az.