17 iyl 2023 16:09
İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.
Metbuat.az Azərtac-a xəbər verir ki, hadisə bu gün İsmayıllı rayonu ərazisində baş verib. Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlar nəticəsində Girdiman çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi nəticəsində avtomobildən çıxarılıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.
Avtomobil sel suları nəticəsində qismən zərər görsə də, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda Zərnava kəndində gedən yolun bərpası üçün ərazidə texnika işləyir.