METBUAT.AZ

Dünya

İsrail həkimləri başı bədənindən qopan fələstinli uşağın başını yerinə tikiblər -

24 iyl 2023 16:18

Tibb sahəsində nadir əməliyyatlardan biri baş tutub.

Metbuat.az "Daily Mail"ə istinadən bildirir ki, əməliyyat İsrail həkimləri tərəfindən həyata keçirilib. Belə ki, cərrahlar başı bədənindən ayrılmış 12 yaşlı fələstinli uşağın başını yenidən yerinə tikə biliblər.

Azyaşlının əməliyyatdan sonra hərəkətsiz qalacağı düşünülürdü. Lakin o, ayağa qalxıb və hərəkət funksiyaları normal çalışıb.

Qeyd edilir ki, 12 yaşlı fələstinli Süleyman Həsən velosiped sürərkən onu maşın vuruv və başı maşının altında qalaraq qopub. Kənardan onun başı bədəninə bitişik görünüb. Lakin rengen müayinəsi zamanı kəllə sümüyünün onurğadan ayrıldığı məlum olub.

Tibb tarixinə düşən əməliyyatı cərrah Oxad Eynav edib.


metbuat.az.