27 iyl 2023 12:09
İsraildə 830 hərbçi ölkə daxilində kütləvi etirazlara və gərgin ictimai müzakirələrə səbəb olan məhkəmə islahatlarına cavab olaraq istefa vermək qərarına gəlib.
Metbuat.az xəbər verir ki, adı açıqlanmayan şəxs İsrail mətbuatına bildirib ki, ısgərlərin imtinası "ordunun effektivliyini təhlükə altına alır".
Qeyd edək ki, İsrailin ədliyyə naziri Yariv Levinin yanvarın 5-də elan etdiyi “məhkəmə islahatı” Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakim təyinatlarında söz sahibi olmaq kimi dəyişiklikləri ehtiva edir. Buna cavab olaraq da ölkədə kütləvi etirazlar başlayıb. İnsanlar Netanyahunun siyasəti və məhkəmə islahatları ilə razılaşmadıqlarını bildiriblər.