METBUAT.AZ

İdman

İsrailli futbolçu “Tottenhem”ə keçdi

11 iyl 2023 20:16

İngiltərənin “Tottenhem” klubu heyətinə yeni futbolçu qatıb.

Metbuat.az xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

London təmsilçisi Manor Solomonla müqavilə imzalayıb. İsrail millisinin hücumçusu ilə anlaşma 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Solomon ötən mövsümdə “Şaxtyor”a malik olsa da, icarə əsasında “Fulhem”də çıxış edib. Futbolçu İngiltərə təmsilçisinin heyətində 19 oyunda meydana çıxıb və 4 qol vurub.


metbuat.az.