29 iyl 2023 01:15
“İsveçin NATO-ya üzvlüyü məsələsində Macarıstanla koordinasiyalı hərəkət edirik”.
Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Finlandiyanın terrorla mübarizə sahəsindəki fəaliyyəti rəsmi Ankaranı qane edir: “Ona görə də bu dövlətin Alyansa üzvlüyünü təsdiqlədik”.
H.Fidan söyləyib ki, İsveç də öhdəliklərini yerinə yetirməlidir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi üçün Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi həllini tapmalıdır.