METBUAT.AZ

Ölkə

İyul ayı üçün kosmik hava proqnozu

3 iyl 2023 14:47

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası iyul ayı üçün kosmik hava proqnozunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, ötən gün Günəş səthində olan 3 354 oblastında güclü və davamlı X1 alışması baş verib.

3 359 oblastında baş vermiş M2.0 alışması iyul ayının əvvəlində ikinci güclü alışma olub. Son alışma tac kütlə atılması (Coronal Mass Ejection - CME) meydana gətirsə də, onun Yerə təsir etməyəcəyi, geoeffektiv olmayacağı proqnozlaşdırılıb.

Geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin iyul ayı üçün 2-4 intervalında olacağı, ayrı-ayrı tarixlərdə yüksələcəyi gözlənilir. Belə ki, iyulun 8-də Kp əmsalının 4, iyulun 11-13-də isə 5 olacağı, G1 səviyyəsində mülayim geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.


metbuat.az.