20 iyl 2023 11:34
Türkiyənin Adana şəhərində sakinlər kondisioneri ixtira etmiş ABŞ mühəndisi Haviland Karrierin adına ehsan paylayıblar.
Metbuat.az türk mediasına istinadən bildirir ki, mühəndisin ölümünün 121-ci ildönümü münasibətilə bir qrupşəxs güllaç paylayıb, dualar oxuyublar.
Maraqlı hadisə sosial mediada yayılıb və istifadəçilərin müzakirəsinə səbəb olub.
Qeyd edək ki, son günlər Adanada rekord istilər müşahidə edilir.