27 iyl 2023 15:27
Xəbər verdiyimiz Ermənistan heç bir qarşılıqdı razılıq olmadan konvoylarını Azərbaycanın öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinə göndərərək təxribat törədib.
Hazırda dünyanın da diqqətlə izlədiyini bu məsələyə münasibət bildirən deputat Fazil Mustafa bildirib ki, Ermənistanın bu addımı gülüş doğurur:
"Bu olduqca primitiv bir təxribatdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır. Azərbaycan buna yol verə bilməz. Biz humanitar addım olaraq Ağdam- Əsgəran yolunu müəyyən etmişik. Bu yoldan istifadə edərək beynəlxalq təşkilatlar, Qarabağa gəlmək istəyənlər bu yoldan istifadə edə bilərlər. Ancaq Azərbaycan ərazisindən keçib gedə bilərlər. Yardım məsələsində biz yolu vermişik. Ona görə də hər hansı bir şəkildə yardımın gerçəkləşməsinə imkan verməyəcək".
Deputatın sözlərinə görə, əgər konvoylar buraxılsa, qarşıdakı günlərdə onların içərisində nə daşınacaqlar məlum olmayacaq:
"Əgər biz bu konvoyu buraxdıq, sabah içində silah və terrorçulara dəstək verilən materiallar olanda onda nə olacaq? Ona görə də bu, yolverilməzdir. Azərbaycan öz ərazi bütövlüyünə, suverenliyinə sadiq qalaraq öz problemini başqasının müzakirə etməsinə imkan tanımayacaq. Bu konvoylar da Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər".
Gülər Seymurqızı