19 iyl 2023 12:16
Krım yarımadasının Kirovske rayonundakı hərbi poliqonda yanğın baş verib.
Metbuat.az xəbər verir ki, yanğınla əlaqədar 2000 nəfərin təxliyə edildiyi açıqlanıb. Rusiyanın ilhaq etdiyi Krımın qubernatoru Sergey Aksenov bildirib ki, yanğınla bağlı əraziyə giriş-çıxış bağlanıb. Yanğının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. Rusiya təhlükəsizlik xidmətləri və Ukrayna mediası ilə əlaqəli teleqram hesabları yanğının Ukraynanın Krım istiqamətində PUA-larla hücumundan sonra başlamasına diqqət çəkib.
Bundan əvvəl “RBC-Ukrayna” xəbər agentliyi hərbi poliqonda partlayışlar barədə məlumat vermişdi.