METBUAT.AZ

Hadisə

Külli miqdarda pul mənimsəyən icraçı direktorun işində

17 iyl 2023 17:09

“Facade” MMC, “Zəhmət-Ruzi” MMC və “Dübrar” su zavodunun mühasibi işləmiş Xəyal Rəşidov, həmin zavodun keçmiş icraçı direktoru Şamil Ağacanovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla Xəyal Rəşidovla Şamil Ağacanovun qabaqcadan əlbir olub “Facade” MMC-yə məxsus 106 min 746 manat, “Zəhmət-Ruzi” MMC-yə məxsus 81 min 191 manat və “Dübrar” su zavoduna məxsus 161 min 534 manat olmaqla, ümumilikdə 349 min 471 min məbləğdə pul vəsaitini “Online Banking” (İnternet Bankçılıq) sisteminə müdaxilə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Xəyal Rəşidov və Şamil Ağacanova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


metbuat.az.