METBUAT.AZ

Hadisə

Lerikdə yanğın olub, bir nəfər xəsarət alıb

9 iyl 2023 09:02

Lerik rayonunun Büzeyir kəndində ümumi sahəsi 18 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan bir ton ot bağlaması yanıb.

FHN-dən Metbuat.az-a bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.