31 iyl 2023 17:08
Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyib.
Metbuat.az xəbər verir ki, buna səbəb “Fides” Partiyasının iclası boykot etməsi olub. “Fides” partiyasından bildirilib ki, İsveçin müraciəti ilə bağlı məsələ təcili deyil, çünki Türkiyə də hələlik sənədi təsdiq etməyib.
Qeyd edək ki, “Fides” Partiyasının sədri Baş nazir Viktor Orbandır.