METBUAT.AZ

Elm və Təhsil

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti

31 iyl 2023 16:51

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb.


metbuat.az.