4 iyl 2023 12:14
Mahir Emreli yenidən Türkiyə Super Liqasında çıxış edə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə "Fotomac" məlumat verib. Bildirilir ki, “Adana Demirspor” hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən 26 yaşlı hücumçu ilə maraqlanır.
Qeyd edək ki, Mahir Emreli ötən mövsüm icarə əsasında Türkiyədə “Konyaspor”da çıxış edib. Forvard 12 oyunda 2 qolla yadda qalıb. Oyunçunun Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.