METBUAT.AZ

Ölkə

Makronun "qızdırmalı" halda dediklərini beynəlxalq hüquqla qiymətləndirməyin əsası yoxdur -

1 iyl 2023 09:27

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər səsləndirib. Bu səbəbdən sözgüdən ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Məsələ ilə bağlı Fransa tərəfinə etiraz edilib və Fransa tərəfindən izahat istənilib. Anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Məsələ ilə bağlı Metbuat.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Makronun bu davranışları siyasi etikadan kənar davranışlardır:

"Bu işğalçıya, vəhşiliyə dəstək verən anlayışdır. Ona görə də Fransa Prezidentinin "qızdırmalı" vəziyyətdə söylədiklərini hər halda beynəlxalq hüquq- nöqteyi nəzərindən qiymətləndirməyin əsası yoxdur. Çünki beynəlxalq hüquq tamamilə başqa anlayışdır. Amma Fransa Prezidenti deyir ki, mənim filan xalqa, filan quldur dəstəsinə simpatiyam olduğuna görə, beynəlxalq hüququn çeynənilməsinin tərəfdarıyam. Belə bir anormal yanaşmanı diqqətəlayiq hesab etmək olmaz".

Deputat bldirib ki, Azərbaycan hüquq çərçivəsindən çıxmadan öz yoluna davam etməlidir. Beynəlxalq hüququn prinsiplərini götürərək cavablarını verməlidir və susdurmalıdır:

"Hər hansı bir şəkildə bizim Makronun sayıqlamaları qarşısında geri çəkilməyə heç bir istəyimiz və hansısa bir fikrimiz yoxdur. Sonadək torpaqlarımız uğrunda mübarizəni davam etdirəcəyik. Makronun da arzuladıqları ürəyində qalacaq. Necə ki Qarabağda ondan əvvəl oranın müstəqilliyini düşünənlərin arzusu kimi".

Gülər Seymurqızı



metbuat.az.