13 iyl 2023 11:31
PSJ Harri Keyn üçün transfer yarışına qoşulub.
Metbuat.az xəbər verir ki “Bavariya”dan sonra PSJ də futbolçu üçün “Tottenhem”ə təklif göndərib. “RMC Sport”un məlumatına görə, PSJ-nin təklifi 100 milyon avrodur. İddia edilir ki, PSJ təklifi daha da artırmağa hazırdır. Bildirilir ki, Kilian Mbappenin klubdan ayrılmasından sonra PSJ satışdan əldə edilən gəliri Keynin transferinə yönəldəcək. Məlumatda qeyd edilir ki, “Bavariya”nın Keyn üçün təklifi 80 milyon avro olub.
Məlumata görə, “Bavariya bu yay Harri Keyn üçün iki təklif edib, lakin Tottenhem onların heç birini qəbul etməyib. “Bayern Münhen”in son təklifi 80 milyon avro olub. Onların Harri Keynə üçüncü dəfə təklif verəcəyi barədə xəbərlər dərc edilib.