20 iyl 2023 09:37
"Qarabağ"ın baş məşqçisi Kevin Medianın klubdan getməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə çalışdırıcı "Qarabağ" -"Linkoln" matçı sonrası danışıb. Onun sözlərinə görə, Kevin Medina ilə bir çox klublar maraqlanır:
"Tam getməsi ilə bağlı dəqiq məlumat yoxdur. Amma müəyyən səbəblər var idi, ona görə də bu oyunda ( "Qarabağ" -"Linkoln" -red) ehtiyatda qaldı. Onunla ciddi maraqlanırlar. Lakin hələki bizimlədir. Düşünürəm ki, hər şey qaydasında olacaq".
Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.