3 iyl 2023 16:09
2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) işçilərinə 32,509 milyon manat xərc çəkib.
Metbuat.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2021-ci illə müqayisədə 47,1% çoxdur.
Bundan başqa, hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 457 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 16,9 % azdır.