METBUAT.AZ

Sağlamlıq

Məşhur türk həkimdən vacib açıqlama:

14 iyl 2023 16:36

"Tez-tez su içmək əvəzinə bədəninizin susuzluq siqnallarına qulaq asmalı və yalnız bundan sonra su istehlak etməlisiniz".

Metbuat.az xəbər verir ki, bu fikirləri Türkiyənin məşhur həkimi Canan Karatay deyib. Tez-tez su içmək fikrinin əksinə olaraq, Karatay deyir ki, gün ərzində bu qədər su içmək hər orqanizma üçün vacib deyil.

"Minerallarla zəngin təbii su sağlamlıq üçün çox daha faydalıdır. Plastik butulkalarda su istehlakı sağlamlıq üçün risk yarada bilər. Çünki plastik materiallar suya zərərli maddələr buraxır. Bu səbəbdən şüşə butulkalara və ya birbaşa bulaq suyuna üstünlük verilməlidir. Su yeməkdən əvvəl deyil, ən azı yarım saat sonra içilməlidir. Əks halda qidanın həzm prosesi su ilə kəsilə bilər",- deyə Canan Karatay qeyd edib.


metbuat.az.