METBUAT.AZ

Ölkə

Meteohəssas insanların nəzərinə -

17 iyl 2023 12:22

16 iyul axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş verib, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlib. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.


metbuat.az.