METBUAT.AZ

İdman

Milyonları sağa-sola xərcləyirdi -

12 iyl 2023 15:03

FİFA Əhməd Musanın transferində "Lester Siti"yə transfer haqqını tam ödəmədiyi üçün “Əl-Nəssr”ə qadağa tətbiq edib.

Metbuat.az xəbər verir ki, portuqaliyalı ulduz Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəssr” komandası oyunçu transfer edə bilmir. FİFA-nın qərarına görə, “Əl-Nəssr” Əhməd Musanın transferində bonusların hamısını "Lester Siti"yə ödəməyib. Buna görə də, Səudiyyə Ərəbistanı komandasına qadağa qoyulub. “Əl-Nəssr borcunu ödəmədiyi üçün transfer etdiyi futbolçulara lisenziya verə bilmir. Səudiyyə Ərəbistanı komandası Britaniya komandasına 390 min funt sterlinq ödəsə, qadağa aradan qaldırılacaq.

Qeyd edək ki, “Əl-Nəssr” 2018-ci ildə nigeriyalı hücumçunu "Lester Siti"dən 16,5 milyon avroya transfer edib. Ancaq klub oyunçunu 2020-ci ildə sərbəst buraxmışdı.


metbuat.az.