1 iyl 2023 16:00
Qeyri-sabit havanın Mingəçevirdə yaratdığı fəsadlar aradan qaldırılır.
Metbuat.az bildirir ki, güclü yağış və küləklə başlayan təbii fəlakət şəhər ərazisində selə səbəb olub. Daşqın zamanı fərdi təsərrüfatlara dolan su vətəndaşların əkinlərinə və evlərinə ziyan vurub.
Şəhərin bir neçə küçəsində küləyin təsiri nəticəsində aşan ağaclar yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Ağacların aşması nəticəsində bir minik avtomobilinə ziyan dəyib, bir nəfər isə xəsarət alıb.
Həmçinin bildirilib ki, aidiyyəti qurumlarla birgə təbii fəlakət nəticəsində baş verən fəsadlar aradan qaldırılır.
Hazırda şəhərə dəyən ziyanın məbləği hesablanır.