METBUAT.AZ

Elm və Təhsil

MİQ üzrə növbəti apellyasiya müraciətlərinə

17 iyl 2023 10:33

Müəllimlərin işə qəbulu müsabiqəsinin ingilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya, alman dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

"Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - məlumatda qeyd edilib.


metbuat.az.