12 iyl 2023 14:57
Bundesliqa nəhəngi “Bayern Münhen” hücum xəttinə Harri Keyni cəlb etmək istəyir.
Metbuat.az xəbər verir ki, Bavariya komandası bundan əvvəl "Tottenhem"ə təklif göndərsə də, rədd edilmişdi. “Bayern Münhen” "Tottenhem"ə ikinci təklifini göndərib. “Athletic”in xəbərinə görə, "Bavariya" 29 yaşlı hücumçu üçün İngiltərə təmsilçisinə 100 milyon avroluq transfer təklifi göndərib. İddialara görə, "Tottenhem"i 100 milyon avro civarındakı təklif qane edir. İddia edilir ki, "Tottenhem"dən ayrılmaq istəyən Keyn "Bavariya" ilə razılıq əldə edib.
Qeyd edək ki, Harri Keynin "Tottenhem"lə müqaviləsi gələn mövsüm başa çatır.