METBUAT.AZ

İdman

Musa Qurbanlı İsveç çempionatında

23 iyl 2023 00:34

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, gənc forvard İsveç Allsvenskanının XVI turunda “Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.

Hazırda matçda üstünlük rəqib klubdadır, “Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır.

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb.


metbuat.az.