METBUAT.AZ

İdman

Musa Qurbanlı İsveçdə uğursuzluqla üzləşdi

17 iyl 2023 11:59

Azərbaycan millisinin üzvü Musa Qurbanlı yeni komandası “Yurqorden”də ilk matçına çıxmaq üçün bir qədər də gözləməli olacaq.

Metbuat.az xəbər verir ki, buna səbəb forvardın işçi vizasını hələ ala bilməməsidir.

Qurbanlı bu gün İsveç çempionatında “Malmö” ilə qarşılaşmada oynaya bilməyəcək. Musa ilə yanaşı, digər yeni transfer Feliks Va da viza səbəbindən matçı buraxa bilər.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.


metbuat.az.