6 iyl 2023 14:44
“Müstəmləkəçilik bəşər tarixinin rüsvayçılıq səhifəsidir”.
Metbuat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.
“Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində təşkil edilən “Müstəmləkəçilik fotolarda” adlı sərgi. Müstəmləkəçilik, o cümlədən neokolonializm bəşər tarixinin rüsvayçılıq səhifəsidir ", - paylaşımda deyilir.