METBUAT.AZ

Ölkə

"Natəvanın müalicə xərclərini Mübariz Mənsimov ödəyib" -

20 iyl 2023 23:26

"Natəvan çox abırlı və qürurlu adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi".

Metbuat.az xəbər verir ki, bu fikirləri jurnalist Qənirə Ataşova rəhmətə gedən həmkarı Natəvan Babayeva haqqında sosial media hesabında qeyd edib. O, N.Babayevanın müalicəsinin xərclərini azərbaycanlı iş adamı Mübariz Mənsimovun qarşıladığını bildirib:

"Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı. Bu barədə Mübariz Mənsimov xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natəvan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Mənsimova Natəvanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm. Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı. Natəvanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun!

Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq".


metbuat.az.