METBUAT.AZ

Dünya

NATO Stoltenberqlə bağlı qərar verdi

4 iyl 2023 15:05

NATO-nun baş katibi Yens Stoltenberqin vəzifəsində qalması ilə bağlı razılıq əldə olunub.

Metbuat.az xəbər verir ki, 2014-cü ildən bu vəzifədə olan Stoltenberqin 2024-cü ilə qədər vəzifəsində qalacağı bildirilir. Bununla da, Yens Stoltenberqin mandatının dördüncü dəfə daha bir il uzadılmasına qərar verilib. Məsələ NATO tərəfindən də təsdiq olunub.

NATO-nun açıqlamasına görə, müttəfiq ölkələr Stoltenberqin sentyabrda başa çatacaq mandatının uzadılması ilə bağlı razılığa gəlib.


metbuat.az.