METBUAT.AZ

Ölkə

Naxçıvanda 2 minə yaxın yeni nəsil nəzarət kassa aparatı

24 iyl 2023 12:11

Bu il iyulun 1-nə Naxçıvan MR-da 1 826 obyektdə 1884 ədəd yeni nəsil nəzarət kassa aparatı olub.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında yeni aparatlarla qeydə alınmış dövriyyə 83,2 milyon manatdan artıq olub.


metbuat.az.