METBUAT.AZ

Ölkə

Naxçıvanda bəzi publik hüquqi şəxslər

11 iyl 2023 09:40

Naxçıvan Muxtar Respublikasında olan bəzi publik hüquqi şəxslər ləğv edilib.

Metbuat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən "Naxçıvan Məhsulları" publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan "Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsi ləğv edilərək əmlakı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.


metbuat.az.