METBUAT.AZ

Ölkə

Naxçıvanda daha iki vəzifəli şəxs

28 iyl 2023 10:01

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncamı ilə daha iki vəzifəli şəxs işdən azad olunub.

Metbuat.az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Fariz Bağırov və Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri İlqar Əliyev vəzifələrindən azad edilib.
İcra başçısının digər sərəncamları ilə Əli Vəliyev Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafa Mustafayev isə Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri təyin olunub.


metbuat.az.