14 iyl 2023 13:00
2023-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75,9 milyon manatdan artıq vergi daxil olub.
Metbuat.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 20 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20,8% və ya 2,2 milyon manat artıb