15 iyl 2023 12:25
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncamı ilə bu posta Nihad Məhəmmədzadə gətirilib.
Qeyd edək ki, Nihad Məhəmmədzadə bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Təşkilat-analitik və preventiv tədbirlər idarəsinin rəis müavini vəzifəsində işləyib.