METBUAT.AZ

İdman

Naxçıvanın Futbol Federasiyasına

31 iyl 2023 11:27

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına yeni sədr seçilib.

Metbuat.az xəbər verir ki, federasiyanın yığıncağı keçirilib.

Yığıncağın gündəliyinə daxil edilmiş məsələlər federasiyanın fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

İclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev federasiyanın sədrliyinə namizədliyi irəli sürülüb.

Təklif yekdilliklə qəbul olunub və Qəzənfər Abdullayev Naxçıvanın Futbol Federasiyasının sədri seçilib.

Qeyd edək ki, bundan əvvə lhəmin Futbol Federasiyasının sədri Vüqar Abbasov olub.


metbuat.az.