1 iyl 2023 11:34
Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirəcək.
Metbuat.az xəbər verir ki, Hazırda baş məşqçisiz olan “ağ-qaralar” yerli “Zenit” klubu ilə qarşılaşacaq.
Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.
Qeyd edək ki, “Neftçi” turnirdə iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, iyulun 12-də isə Türkiyənin “Fənərbağça” klubları ilə qarşılaşacaq.