8 iyl 2023 22:54
Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.
Metbuat.az bildirir ki, paytaxt klubu Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşıb.
Qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.
Xatırladaq ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub.
Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.