METBUAT.AZ

İdman

“Neftçi” “Zenit”ə məğlub olub

2 iyl 2023 00:11

"Neftçi" bu gün "Matç TV" kubokunda ilk matçına çıxıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirdə ilk oyununu keçirib.

Komanda “Zenit” ilə üz-üzə gəlib. Bakı təmsilçisi görüşdə hesabı açsa da, yekunda 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Neftçi" iyulun 8-də "Srvena Zvezda" (Serbiya), 15-də isə "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.


metbuat.az.