METBUAT.AZ

İqtisadiyyat

Neftin qiyməti

24 iyl 2023 10:12

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,27% azalaraq 1 barelə görə 80,66 dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,29% azalaraq, 76,85 dollar təşkil edib.


metbuat.az.