METBUAT.AZ

Dünya

Niderland hökuməti

8 iyl 2023 11:56

Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Niderland hökuməti istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə Niderland Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda hökumətin istefası Kral Villem-Aleksandra təqdim olunacaq:

Növbəti addım yeni parlament seçkilərinin keçirilməsi olacaq. Onların nəticələrinə əsasən yeni hakim koalisiya yaradılmalıdır. Bu baş verənə qədər indiki hökumət müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək.


metbuat.az.