METBUAT.AZ

Hadisə

Noutbuk oğurluğuna görə tutuldu, başqa cinayətləri də

24 iyl 2023 12:27

Nizami RPİ 24-cü və 25-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də T.Abbasov küçəsindəki bir ofisdən noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fuad Bağırov saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla onun rayon ərazisindəki bir klinikadan noutbuk, bir köşkdən isə 1120 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.


metbuat.az.