METBUAT.AZ

İqtisadiyyat

Ödənişli xidmətlərdən dövlət büdcəsinə daxilolmalar

15 iyl 2023 19:06

Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 393,9 milyon manat vəsait daxil olub.

Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.

Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 152,1 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,4 % azdır.


metbuat.az.