METBUAT.AZ

İqtisadiyyat

Ölkə üzrə yığılan taxılın həcmi

6 iyl 2023 10:45

Bölgələrdə taxıl biçini davam edir. Artıq 658339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2,164,746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edib.

Metbuat.az xəbər verir ki, bugünədək 16 rayonda taxıl sahələrinin 90%-dən çoxunda biçin başa çatıb.

Respublika üzrə arpa sahələrinin 80%-də biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 faizində biçin aparılıb, 333088 hektar biçilmiş sahədən 1169774 ton buğda yığıılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.


metbuat.az.