20 iyl 2023 17:47
Azərbaycandan bu ilin birinci yarısında 34,9 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.
Metbuat.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixracın dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,5 milyon dollar və ya 5,4 dəfə artıb.
Hesabat dövründə, bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 45 mln. dollar təşkil edib ki, bu da 2022-ci ilin ilk 6 ayının göstəricisindən 4,4 milyon dollar və ya 11% çoxdur.