5 iyl 2023 19:00
Azərbaycan bu ilin yanvar-may aylarında 68,8 milyon dollar dəyərində pambıq ixrac edib.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 53,5% azalıb.
Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,43%-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 148,3 milyon dollar təşkil edib.